Sneyderdən acı etiraf: "Məndən gözləniləni edə bilmədim"

Sneyderdən acı etiraf: "Məndən gözləniləni edə bilmədim"

"Qalatasaray"ın hollandiyalı forvardı Uesli Sneyder maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı Türkiyənin "Miliyyet" qəzetinə istinadən xəbər verir ki, ulduz futbolçu "Real" qarşısındakı 0:3 hesablı məğlubiyyətdə özünün də günahkar olduğunu dilə gətirib: "Son həftələrdə özümdə ciddi ağrılar hiss edirdim. Amma bunu bəhanə etməyin yeri yoxdur. Məndən gözlənilən oyunu sərgiləyə bilmədim. "Real"a qarşı istədiyim kimi oynaya bilmədim. Bir sıra hallarda isə komanda olaraq ciddi səhvlərə yol verdik. Rəqib də elə bu səhvlərdən yararlanıb bizə 3 qol vurmağı bacardı"-deyə U.Sneyder fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə