Araz Abdullayev avtomobillə qəza törətdi, ölən və yaralanan var YENİLƏNİB

Araz Abdullayev avtomobillə qəza törətdi, ölən və yaralanan var YENİLƏNİB

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin idarə etdiyi avtomobili ilə Nobel prospektində 2 şəxsi vurduğu barədə mediada xəbərlər yayılıb. Siasport.az saytının məlumatına görə, xəbərlərdə futbolçunun vurduğu şəxslərdən birinin dünyasını dəyişdiyi bildirilir.

Tanınmış futbolçumuz ağır qəza törətdi: ölən və yaralanan var

28.03.2013 / 15:17

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində "Neftçi" klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb. Məlumata görə, A.Abdullayev 90 XB 350 dövlət qeydiyyat nişanlı "Porsche" markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb. O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

ŞOK İDDİA! Araz Abdullayev adam öldürüb?

14:27 03/28/2013

"Neftçi"nin futbolçusunun maşınla qəza törətdiyi xəbəri yayıldı

"Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev yol qəzası törədib. Sportal.az xəbər verir ki, hadisə günorta saatlarında Nobel prospektində baş verib. Abdullayev şəxsi avtomobili ilə iki piyadanı vurub. Məlumata görə, onlardan biri hadisə yerində keçinib.

"Neftçi"nin futbolçusu qəza törətdi

28.03.2013 14:20

"Neftçi" klubunun futbolçusu Araz Abdullayev xoşagəlməz hadisə ilə üzləşib. Stadium.az xəbər verir ki, gənc futbolçu klubun bazasına yollanarkən avtomobil qəzası törədib. Abdullayevin idarə etdiyi avtomobil Nobel prospektində yolu keçən piyadanı vurub. Həmin şəxs aldığı zərbədən yerindəcə ölüb.

Araz Abdullayev qəza törətdi: ölən və yaralanan var!

14:11 28-03-2013

"Neftçi" klubunun futbolçusu Araz Abdullayev xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi az öncə klubun bazasına yollanarkən avtomobil qəzası törədib.

Futbolçunun idarə etdiyi avtomobil Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə