"Cim-Bom"un 4 məşqçisi Azərbaycana gələcək

"Cim-Bom"un 4 məşqçisi Azərbaycana gələcək

"Qalatasaray" futbol məktəbi bu yaxınlarda Azərbaycanda da fəaliyyət göstərəcək. Siasport.az saytının məlumatına görə, aprelin əvvəllərində ilk seçimlər reallaşacaq. Bu səbəbdən klub rəhbərliyi Azərbaycana koordinator Sərhat Aktaşı göndərib.

Aktaş bildirib ki, yaxın günlərdə Bakıya daha 4 məşqçi göndəriləcək: "Mən Azərbaycana təşkilatı məsələləri yoluna qoymaq üçün ezam olunmuşam. Bu yaxınlarda Bakıya "Qalatasaray" tərəfindən 4 məşqçi də göndəriləcək. Onlar ölkənizdə olan istedadlı oyunçuları üzə çıxarıb, "Qalatasaray"a qazandırmağı düşünürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə