"Bakı" və Kosta-Rika milli komandasının hücumçusu Uinston Parks klubun təlim-məşq bazasının yardımçı meydanında keçirilən məşqə qatılıb. Siasport.az saytının məlumatına görə, ötən ilin sonlarında zədələnərək əməliyyat keçirən Parks bərpa prosesini müvəffəqiyyətlə keçərək məşqlərə başlayıb. Hələlik yüngül hərəkətlərlə kifayətlənən hücumçu bu mərhələni həkimlərin ciddi nəzarətində keçəcək. Parksın yaşıl meydanlara nə vaxt dönəcəyi də həkimlərin qərarına bağlı olacaq.
Komandanın məşqinə gəldikdə, meydana milli komandlara çağırılan futbolçuların yoxluğunda çıxan oyunçuların sırasında icazəli olan Aqil Məmmədov, Aleksandar Şoliç, Edin Nuredineski və Əziz Quliyev də yer almayıblar. Növbəti məşq plana uyğun olaraq sabah baş tutacaq.
Xatırladaq ki, "Bakı" martın 23-də "Kəpəz"lə yoxlama oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB