"Beşiktaş" "İsmət İnönü"dəki son derbidə "Fənərbaxça"nı məğlub etdi

"Beşiktaş" "İsmət İnönü"dəki son derbidə "Fənərbaxça"nı məğlub etdi

Futbol üzrə Türkiyə Superliqasının 24-cü turu çərçivəsində "İsmət İnönü" stadionunda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edən "Beşiktaş", qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın ulduz futbolçusu Duyk Kuytun öz qapısına vurduğu qol sayəsində rəqibini 3:2 hesabı ilə məğlub edən "qara qartal", turnir cədvəlində 2-ci sıraya yüksəlib. "Beşiktaş"ın qollarına Niang və Olcay, "Fənərbaxça"nın qollarına isə, Musa Sov imza atıblar. Bununla da "Beşiktaş", "İsmət İnönü"dəki son derbidən qələbə ilə ayrılaraq, bu tarixi stadionu qələbə ilə tərk edir.

Bütün xəbərlər Facebook səhifəmizdə