UEFA "Şalke"nin Droqba ilə bağlı iddiasını rədd etdi!

Almaniyanın "Şalke" futbol klubunun Didye Droqba ilə bağlı UEFA-ya göndərdiyi etiraz, Avropanın ali futbol qurumu tərəfindən rədd edilib. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İstanbulun "Qalatasaray" futbol klubunun rəqibi olan alman klubu, "Qalatasaray"ın D.Droqbanın iştirak ərizəsini UEFA-ya təqdim edərkən ciddi qanun pozuntusuna yol verdiyini, fildişi sahillərindən olan futbolçu ilə rəsmi müqavilə imzalamaqdan əvvəl onu sifariş ərizəsinə daxil etdiyini iddia edirdi. Bütün bu amillərini nəzərə alan "Şalke", ulduz futbolçunun onlara qarşı cavab qarşılaşmasında meydana çıxmasına qarşı çıxaraq, həmçinin UEFA tərəfindən "Qalatasaray"a texniki məğlubiyyət verilməsini tələb edirdi. UEFA-nın müvafiq komitəsi isə, alman klubunun iddialarını araşdırandan sonra, bunları əsassız adlandıraraq D.Droqbanın İstanbul klubunun heyətində meydana çıxmasında heç bir problem olmadığını elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə