“Rabitə” və “Azərreyl”in ÇL-də növbəti rəqibləri müəyyənləşdi

“Rabitə” və “Azərreyl”in ÇL-də növbəti rəqibləri müəyyənləşdi

Azərbaycanın qadın voleybolçulardan ibarət "Rabitə" və "Azərreyl" komandalarının Çempionlar Liqası yarışlarının növbəti mərhələsindəki rəqibləri müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "Dördlər finalı"na çıxmaq üçün "Azərreyl" İtaliyanın "Yamamay", "Rabitə" isə Rusiyanın "Dinamo" (Kazan) komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, "Yamamay" və "Azərreyl" arasındakı ilk oyun fevralın 5-7-də İtaliyada, cavab görüşü isə fevralın 12-14-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə