AZAL Çin klubu ilə heç-heçə etdi

AZAL Çin klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının AZAL futbol komandası hazırlıq prosesi çərçivəsində ikinci yoxlama görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, "təyyarəçilər" Çinin "Dalyan" kollektivi ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, baş məşqçi Vaqif Sadıqovun yetirmələri Antalyadakı ilk matçda Ukraynanın "Volın" klubuna 1:3 hesabı ilə məğlub olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə