Antalyada təlim-məşq toplanışında olan "Simurq" ilk yoldaşlıq görüşünü keçirdib. Siaspot.az saytının məlumatına görə, komanda məskunlaşdığı "Mardan Spor Kompleksi"nin meydançasında Qazaxıstanın "Akjayik" kollektivi ilə üz-üzə gəlib. Görüşün hər iki hissəsində meydana fərqli heyətlə çıxan Georgi Çixradzenin yetirmələri qardaş ölkədəki ilk sınağından uğursuz çıxıb. Zaqatala təmsilçisinin birinci hissədə buraxdığı qol sayəsində rəqib minimal hesabla qalib gəlib. Fasilədən sonra sarı-qaralar qol vurmaq üçün bir neçə dəfə real şans əldə etsə də, bundan yararlana bilməyib. Üstəlik gənc futbolçu Nicat Qurbanova oyunun bitməsinə az qalmış baş hakim Omər Paşayev tərəfindən qırmızı vərəqə göstərilib.
Bununla Antalyadakı təlim-məşq toplanışının birinci mərhələsini başa vuran "Simurq", iki günlük istirahətdən sonra məşqləri bərpa edəcək. Qeyd edək ki, komanda məskunlaşdığı oteli də dəyişəcək və Belek bölgəsində yerləşən "Atlantis"ə köçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB