Qış fasiləsindən sonra "Bakı" futbol klubunun müxtəlif yaş qruplarından ibarət komandaları bir araya gələrək məşqlərinə davam edirlər. Siasport.az saytının məlumatına görə, əvəzedicilər də daxil olmaqla 4 komanda yeni il tətilli ilə bağlı yaranan fasilə başa çatdıqdan sonra yanvarın 7-dən etibarən klubun təlim-məşq bazasında hazırlıqdadır.
1996-98-ci il təvəllüdlü uşaqlar və əvəzedici komanda gündə bir dəfə olmaqla məşğələlər keçirlər. Komandalar həftə içi daha çox fiziki güc təmrinləri üzərində çalışırlar. Futbolçular bu həftədən etibarən yeni avadanlıqlarla çalışırlar. Güc məşğələlərini daha effektiv etmək məqsədi ilə Türkiyədən avadanlıqlar sifariş olunub.
Qış fasiləsinə lider yollanan "Bakı" klubunun U-15 komandası bu gün saat 16:00-da növbəti məşqinə çıxıb. Həftə içi hər gün məşq edən komanda güc avadanlıqların koməkliyi ilə məşq edib. Klubun futbol akademiyasının baş koordinatoru Yüksel Kepoğlu bildirib ki, bu avadanlıqlar, əsasən, futbolçuların fiziki güclərini artırmağa kömək edəcək. Həmçinin o qeyd edib ki, belə fiziki testlər 1998-2001-ci il təvəllüdlü uşaqlar arasında da keçiriləcək.
Xatırladaq ki, 1999-2002-ci il təvəllüdlü uşaqlardan təşkil olunan komandlar da 10 yanvar tarixindən məşqlərə davam edirlər. "Sabahın ulduzları" turnirinə qatılacaq komandalar isə hazırlığa fevralın əvvəllərindən başlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB