“Altılığa düşmək üçün vacib oyun idi"

“Altılığa düşmək üçün vacib oyun idi"

Topaz Premyer Liqasının 17-ci turunda Qəbələdə yerli komandanın qonağı olan "Simurq" rəqibini 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində ikinci pilləyə yüksəlib. Siasport.az saytının məlumatına görə, oyundan sonra komandaların baş məşqçiləri fikirlərini bildiriblər. Mütəxəssislərin fikirlərini nəzərinizə çatdırırıq:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Altılığa düşmək üçün vacib oyun idi. Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun oldu. Üç xal qazandığımız üçün komandaya təşəkkür edirəm".

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Bizim üçün vacib oyunlardan biri idi. Bu oyuna yaxşı hazırlaşsaq da, qələbə qazana bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə