Xəbər verdiyimiz kimi, gələn il mayın 28-dən iyunun 4-dək Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ikinci beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Avropanın məşhur futbol klublarının iştirakı ilə reallaşacaq II Qəbələ kuboku turnirinin təşkilati işlərinə artıq başlanılıb. Turnirin loqotipi hazırlanaraq təsdiqlənib. Loqotipdə futbol rəmzi olan buts və Qəbələnin rəmzi olan dağların görüntüsü əksini tapıb. Artıq bir sıra məşhur Avropa klublarına dəvət göndərilib. Yaxın vaxtlarda turnirin iştirakçılarının dəqiq siyahısı müəyyənləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB