"İnter" irəlilədi

Dünən Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az saytının məlumatına görə, siyahıda Bakının "İnter" komandasının da adı var. Belə ki, "İnter" 60 xalla digər 9 klubla birlikdə siyahıda 417-ci yeri bölüşür.

Qeyd edək ki, ötən ay "İnter" 430-cu yerdə qərarlaşmışdı və bu müddət ərzində 13 pillə irəliləməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə