Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatının birinci günü müxtəlif çəki dərəcələrində qadınlar və 60 kiloqramadək çəki dərəcəsində kişilər arasında yarışlarda mükafatçılar müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Orxan Səfərov çempionatın qalibi olub. O, finalda Əli Rzayevi məğlub edib. Üçüncü yeri İsgəndər Talışınski və Rəşad Rufullayev tutublar.
Qadınların yarışında çempion adını Turan Seyidi (52 kq) və Xanım Hüseynova (63 kq) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə