"Bakı" ilə oyunun hazırlıqlarını gündə 2 məşqlə davam etdirən "Qarabağ" klubu Əfran İsmayılovun xidmətindən məhrumdur. Siasport.az saytının məlumatına görə, zədə səbəbindən millinin də düşərgəsinə qoşula bilməyən 24 yaşlı yarımmüdafiəçi son durumu barədə danışıb: "Zədə əməliyyat olunan ayağımdadır. Ağrılarım əməlli-başlı azalıb. Amma risk etmək qorxuludur. Zədə daha da ağırlaşa bilər. Ola bilsin gələn həftə Türkiyəyə yollandım. Orda 1 günlük müyainə olunacam. Çalışcağam ki, ən qısa zamana hazır olum".
Əfran eyni zamanda çempionatı da dəyərləndirib: "Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. "Simurq"un lider olması, "Sumqayıt"ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da yarışa maraq azalmır. "Qarabağ"a gəlincə, mövqeyimizdən həm razıyam, həm də yox. 2-ci yer hələ ki, pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidir. Amma gedişat onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər. Hər oyunda xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB