Ruslan Abışov üçün ikiqat bayram

Ruslan Abışov üçün ikiqat bayram

2011/2012-ci il mövsümünün ən yaxşı müdafiəçisi adına hazırda "Xəzər Lənkəran"da çıxış edən, ötən mövsüm isə "Neftçi"nin heyətində çempion olmuş yığmamızın üzvü Ruslan Abışov layiq görülüb. Siasport.az saytının məlumatına görə, ona mükafatı Ağasəlim Mircavadov təqdim edib. Həm də ad gününü qeyd edən Ruslan Abışov çıxışında ona səs verənlərə təşəkkür edib: "Mən sizin etimadınızı doğrultmağa çalışacağam. "Neftçi"dəki çıxışıma görə bu mükafata layiq görüldüm. "Xəzər Lənkəran"ın heyətində də uğurlu çıxış edib bu mükafatı qazanmağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə