"Neftçi" Macarıstan və Qazaxıstan komandaları ilə eyni qrupda yer aldı
Xəbər verdiyimiz kimi, "Neftçi"nin 13 yaşadək futbolçulardan ibarət komandası Rusiyada təşkil olunan beynəlxalq turnirdə iştirak edir. Siasport.az saytının məlumatına görə, artıq yarışın püşkatma mərasimi keçirilib. Tədbirdə hazırda "Anji" klubunda oynayan, buna qədər isə "Real" Madrid klubunun şərəfini qorumuş Lassana Diarra və Rusiya futbolunun məşhur simalarından Andrey Tixonov iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, "Neftçi" Macarıstan və Qazaxıstan komandaları ilə eyni qrupda yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB