Rikardo Quaresma "Beşiktaş"ın əsas heyətinə qayıdır

Rikardo Quaresma "Beşiktaş"ın əsas heyətinə qayıdır

İstanbulun "Beşiktaş" futbol klubunda, Rikardo Quarsema ilə bağlı yaranan gərginlik, deyəsən öz həllini tapmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, intizamsız hərəkətlərinə görə baş məşqçi Səməd Aybabanın heyətə buraxmadığı portuqaliyalı ulduz futbolçu, hazırda atasının xəstəliyi ilə bağlı Portuqaliyaya gedib. Komanda rəhbərliyi isə, ildə milyonlarla avro ödədiyi bu futbolşunu heyətə qaytarmaq və ondan yararlanmaq üçün hərəkətə keçib. Türkiyə mətbuatı xəbər verir ki, klub rəhbərliyi bu gün S.Aybaba ilə bir araya gələrək, portuqlaiyalının ilk 11-liyə geri qaytarılması üçün onunla danışıqlar aparacaq. Mətbuat yazır ki, baş məşqçinin komanda rəhbərliyinə qarşı çıxacağı gözlənilən olmadığı üçün çox güman ki, Türkiyəyə dönən kimi R.Quaresma ilk 11-likdə meydana çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə