XXI Azərbaycan çempionatı başladı

XXI Azərbaycan çempionatı başladı

Bu gün keçirilən üç oyunla XXI Azərbaycan çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın açılış oyunlarından biri Gəncədə yerli "Kəpəz" və "Turan" komandaları arasında keçirilib. Açılış oyunundan öncə komandaların kapitanları tərəfindən Azərbaycan himninin sədaları altında Dövlət Bayrağı qaldırılıb.

Premyer Liqanın açılış oyununda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib.

Qeyd edək ki, "Kəpəz" - "Turan" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə