Avropa Çempionatının üçüncü günündə qızlarımız 1 medal qazandı

Avropa Çempionatının üçüncü günündə qızlarımız 1 medal qazandı

Xəbər verdiyimiz kimi, Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, 3-cü yarış günü qızlar mübarizəyə başlayıb və yığma komandamız artıq medal hesabını açıb. Belə ki, 65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempionatını gümüş medalla bitirib.

Qeyd edək ki, 56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə