Rusiya idman naziri: “Kapello yaxşıdır, ancaq Maurinyoya daha üstünlük verərdik” - MÜNASİBƏT
Kariyerası ərzində saysız-hesabsız uğurlara nail olan Fabio Kapello milli komandanın rəhbərliyinə keçməyə hazırlaşdığı Rusiyada güman etmədiyi sözlərlə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, Əfsanəvi baş məşqçi ilə razılaşma haqqında danışan Rusiya idman naziri- "Kapello yaxşıdır, ancaq Maurinyoya daha üstünlük verərdik" deyib.
Məlumat üçün bildirək ki, Rusiyanın milli komandasına rəhbərlik edəcək Fabio Kapello Fevral ayında İngiltərə milli komandasına baş məşqçilik postundan istifadə edib. 2014-cü il Dünya Çempionatına qədər müddəti olacaq müqavilənin uzadılacağı da ehtimal olunur.
Qeyd edək ki, Kapellonun Rusiya Futbol Federasiyasından illik 10 milyon avro kazanacağı gözlənilir. Lakin təcrübəli baş məşqçi hələlik rəsmi müqaviləyə imza atmamışdan öncə Rusiya idman naziri Vitali Mutkodan maraqlı açıqlama gəlib. Milli komandanın baş məşqçiliyi üçün bir neçə məşhur şəxslərə müraciət edildiyini deyən Mutko, bu adlar içərisində "Real Madrid"in çalışdırıcısı Joze Maurinyonun da olduğunu ifadə edib: "Fabio Kapello Rusiya milli komandasını idarə etmək üçün lazımi bütün təcrübəyə malikdir. Ancaq şəxsi olaraq komandanın başında Maurinyonu görmək istərdim".
Bu sözlərə Kapellonun necə reaksiya verəcəyi isə maraqla gözlənilir.
Xatırladaq ki, 65 yaşlı italiyan baş məşqçi İngiltərə milli komandasında özünün razılığı olmadan Con Terrini kapitanlıqdan azad etdiyinə görə İngiltərə Futbol Federasiyasına əsəbləşərək tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB