"TV GOLO" ənənəvi olaraq həftənin 10 ən gözəl qolunu müəyyənləşdirib. Bu dəfəki sorğuda Avropa çempionatında vurulan qollar da yer alıb. Elə alman Filip Lamın ¼ finalda Yunanıstanın qapısına vurduğu qol həftənin ən yaxşısı seçilib. İtaliyalı Pirlonun ingilislərin qapısına vurduğu əla penalti zərbəsi isə 3-cü yerə layiq görülüb.
Həftənin qəhrəmanlarından olan İtaliya yığmasının hücumçusu Mario Balatellinin yarımfinalda Almaniyanın qapısına vurduğu ikinci qol da "onluğa" daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB