Xose Luis Kaminero: “Biz ondan çox şey gözləyirik”

"Atletiko Madrid" idman direktoru Xose Luis Kaminero mətbuat konfransında bəzi Türk futbolçuları ilə bağlı sualları cavablandırıb.

Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Arda haqqında dediyi fikirlərində milli oyunçunu yerə göyə sığışdıra bilməyən Kaminero vurğulayıb ki: \"Arda möcüzəli oyunçudur. Bizim heyətdə yeni olmasına baxmayaraq mühitə sürətli şəkildə adapatasiya olub. Arda Turan çox yaxşı səviyyəyə çatıb və biz ondan çox şey gözləyirik.\"

Qeyd edək ki, futbolçu Burak Yılmazın transferinə də açıqlama verən Kaminero, Burakın çox gözəl oyunçu olduğunu, lakin hələ Falkaonun qəti olaraq komandada qalacağı üçün forvet ehtiyaclarının olmadığını söyləyib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə