Bu gün Avropa çempionatında 1/4 final mərhələsinə start verilib. Yarışlarlarda yaranmış bir günlük fasilədən sonra diqqətlər yenə Polşa və Ukraynaya yönələcək.


İlk 1/4 finalda Varşavada Portuqaliya və Çexiya komandaları üz-üzə gəlir. Oyunun favoriti portuqaliyalılar hesab olunsa da, öz qrupunun qalibi olmuş çexlərin rəqibinə layiqli müqavimət göstərib növbəti mərhələyə adlayacağı şansı da az deyil. Hələlik gərgin keçən oyunda qapılara qol vurulmayıb.


"Avro-2012"də 1/4 finalın görüşləri


23.45. Çexiya – Portuqaliya - 0:0 (İkinci hissə)

Baş hakim: Hovard Uebb (İngiltərə)


Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman, Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş


Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş, Nani, Poştiqa (Almeyda, 40), Ronaldo

Bütün xəbərlər Facebook səhifəmizdə