Lənkəran şəhər Mərkəzi Stadionu yenilənir

UEFA Avropa Liqasının təsnifat mərhələsi və 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Lənkəran şəhər Mərkəzi Stadionunda təmir və yenidənqurma işlərinə start verilib. Klubdan Siasport.az saytına verilən xəbərə görə, əsas məqsədi stadionun beynəlxalq standartlara tam uyğunlaşdırılması olan işlər eyni zamanda arenanın müxtəlif hissələrində aparılır. Yenidənqurmanın əhatə etdiyi sahələrdən biri stadionun VİP sektorudur ki, burada oturacaqların sayının artırılması nəzərdə tutulur. Bundan əlavə, mətbuat nümayəndələri üçün nəzərdə tutulan yerlər qarşı sektora keçirilir, həmçinin bu hissənin yanına dörd yeni şərhçi yeri də əlavə ediləcək..

Məlumat üçün bildirək ki, stadionda yeni mətbuat konfransı otağı və Dünya Çempionatı oyunları üçün mətbuat mərkəzi də istifadəyə veriləcək. Arenaya mətbuat nümayəndələri üçün əlavə girişlərin də təşkil olunması nəzərdə tutulub. Bunlarla yanaşı futbol meydanının ətrafında olan sədlər də qəbul edilmiş normalara uyğunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...