“Qarabağ” 5 futbolçunun müqaviləsini yeniləyib

“Qarabağ” 5 futbolçunun müqaviləsini yeniləyib

"Qarabağ" klubu yay transfer çalışmalarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Ansi Aqolli və Admir Telidən sonra Ağdam təmsilçisi daha 5 futbolçu ilə müqaviləsini yeniləyib.

Məlumat üçün bildirək ki, Zaur Həşimov, Emin İmaməliyev, İlqar Qurbanov, Kamil Hüseynov və Tural İsgəndərov növbəti mövsümdə də "Qarabağ"ın heyətində mübarizə aparacaq. Zaur Həşimov, Emin İmaməliyev və İlqar Qurbanovla 1 il, Tural İsgəndərov və Kamil Hüseynovla isə 3 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə