TFF siyahını UEFA-ya göndərdi

Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsüm Avropa kuboklarında mübarizə aparacaq türk klubları siyahısını UEFA-ya göndərib. UEFA tərəfindən cəzalandırılan "Beşiktaş" və "Bursaspor" klubları da siyahıya salınıb. TFF-nin İdman Arbitajı Məhkəməsinə (İAM) veriləcək etirazların nəticəsini gözləyəcəyi bildirilir.

TFF-nin bildirdiyiə görə, Türkiyəni Çempionlar Liqasında "Qalatasaray" və "Fənərbaxça", Avropa Liqasında isə Trabzonspor, Beşiktaş və Bursaspor təmsil edəcək.

Həmçinin, UEFA-nın "Beşiktaş" və "Bursaspor"u Avropa Kuboklarından məhrum etdiyi üçün TFF-nın gözləmək qərarı aldığı bildirilir. Federasiya hər iki klubun İAM-a verəcəyi etirazın nəticəsini gözləyəcək. Əgər avrokuboklardan məhrum edilməsi İAM-da ləğv olunmazsa, UEFA-ya yeni siyahı göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə