Messidən 4 qol və Qvardiola azarkeşlərlə vidalaşdı

İspaniya La Liqasının 37-ci turunda "Real" (Madrid) səfərdə "Qranda"nın qonağı olub. 168.az-ın məlumatına görə, qapısında erkən qol görən "kral klubu" matçın başa çatmasına 9 dəqiqə qalmış iki top vuraraq görüşdən qalib ayrılıb.


"Barselona" isə "Espanyol"la qarşılaşmada asan qələbə qazanıb. Argentinalı ulduz Lionel Messi rəqib qapısından 4 top keçirərək pokerini reallaşdırıb. Messi La Liqada vurduğu 50-ci qolun sevincini komandadan ayrılacaq baş məşqçı Qvardiola ilə birgə bölüşüb. Bu matç həm də mövsümdə "Nou Kamp"da sonuncu olduğundan Qvardiola azarkeşlərlə vidalaşıb.


"Qranada" - "Real" (Madrid) - 1:2

Qollar: Yara, 5 (1:0), Ronaldo, 81-pen (1:1), Kortes, 90-avtoqol (1:2)


"Barselona" - "Espanyol" - 4:0

Qollar: Messi, 12 (1:0), 64-pen (2:0), 74 (3:0), 79-pen (4:0)

Bütün xəbərlər Facebook səhifəmizdə