Bakıdakı 200 saylı məktəbin futbol meydançasında Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan mini-futbol üzrə yarışa start verilib. Gənclər və İdman Baş İdarəsindən Siasport.az saytına verilən xəbərə görə, yarışlar Bakının 11 rayon komandası arasında 2 qrupda dairəvi sistem üzrə keçirilir. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 110 nəfər idmançı iştirak edir.
Məlumat üçün bildirək ki, yarış mayın 11-də sona çatacaq. XXIV spartakiadanın mini-futbol yarışına qədər keçirilən idman növlərinin yekun nəticələrinə görə, I yerdə Xətai rayonu (34 xal), II yerdə Səbail rayonu (36 xal), III yerdə Sabunçu rayonu (45 xal), IV yerdə Yasamal rayonu (51 xal), V yerdə Suraxanı rayonu (52 xal), VI yerdə Xəzər rayonu (54 xal), VII Qaradağ rayonu (58 xal), VIII Nərimanov rayonu (60 xal), IX Nizami rayonu (61 xal), X yerdə Binəqədi rayonu (78 xal) və XI yerdə Nəsimi rayonu (68) qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB