İspaniyanın \"Real\" futbol klubu artıq sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Siasport.az saytı xəbər verir ki, La Liqanın 36-cı turu çərçivəsində səfərdə \"Atletik\" klubunun qonağı olan kral klubu, rəqibini 3 cavabsız qol ilə məğlub edərək çempionluğunu elan edib. Bundan başqa Arda Turanın komandası olan \"Atletiko\", \"Real\" (Sosyedad) ilə qarşılaşmadan bərabərliklə ayrılıb. Doğma meydanda \"Osasuna\"nı qəbul edən \"Valensiya\" rəqibini darmadağın edib. Bu oyunda 4:0 hesabı ilə qələbə qazanan \"yarasalar\" xalını 58-ə yüksəldib. \"Barselona\" da turu qələbə ilə başa vurub. Öz meydanında \"Malaqa\" ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib.
\"Atletiko\" (Madrid) - \"Real\" (Sosyedad) - 1:1
Qollar: Fernandez, 54 (1:0), Vela, 90 (1:1)
\"Saraqoza\" - \"Levante\" - 1:0
Qol: Qarsiya, 10 (1:0)
\"Sevilya\" - \"Betis\" - 1:2
Qollar: Neqredo, 5 (1:0), Ekseberiya, 43 (1:1), 90 (1:2)
\"Malyorka\" - \"Rayo Valyekano\" - 1:0
Qol: Kastro, 62 (1:0)
\"Barselona\" - \"Malaqa\" - 4:1
Qollar: Puyol, 13 (1:0), Rondon, 26 (1:1), Messi, 35-pen (2:1), 59-pen (3:1), 64 (4:1)
\"Valensiya\" - \"Osasuna\" - 4:0
Qollar: Aduriz, 77 (1:0), 87 (3:0), Conas, 83 (2:0), 88 (4:0)
\"Atletik\" (Bilbao) - \"Real\" (Madrid) - 0:3
Qollar: İquain, 16 (0:1), Özil, 20 (0:1), Ronaldo, 50 (0:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB