Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edib

"İdman ili" çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan edib. Siasport.az saytının məlumatına görə, mayın 12 və 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində ilin mötəbər turnirlərindən biri olan – Dünya Kuboku yarışı keçiriləcək. Müsabiqəyə təqdim ediləcək fotolar da məhz sərbəst güləş üzrə Dünya Kuboku yarışında çəkilməlidir.

Məlumat üçün bildirək ki, yarışın keçirildiyi arenaya daxil olmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə müraciət edən fotoqraflar qeydiyyat üçün mayın 4-də, saat 18.00-a qədər, çəkilən fotoları isə 19 may, saat 13.00-a qədər Azərbaycan Güləş Federasiyasına təqdim etməlidir. Aşağıda göstərilən nominasiyaların hər birində bir qalib seçiləcək və bir fotoya həvəsləndirici mükafat veriləcək. Müsabiqənin şərtlərinə əsaən, müsabiqəyə qatılan hər bir fotoqraf müraciət etdiyi nominasiya üzrə minimum 5 foto təqdim etməlidir.

Qeyd edək ki, naminasiyaya uyğun olaraq fotolar yüksək keyfiyyətli olmalı, ən yaxşı fənd, ən yaxşı idmançı emosiyası, ən yaxşı məşqçi emosiyası, ən yaxşı azarkeş reaksiyası təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə