Almaniyanın "Bavariya" klubu Çempionlar Liqası tarixində yeni bir ilkə imza atıb. Məlumata görə, Münhen klubu Liqa tarixində ilk dəfə olaraq öz meydanında final oyunu keçirmək hüququ qazanan ilk komanda olub.
Mayın 19-da "Alyans Arena"da baş tutacaq final indidən klub rəhbərliyi üçün bəzi sıxıntılar yaradıb. Belə ki, final oyununu izləmək istəyən 1 milyona yaxın azarkeş klub rəhbərliyinin işini çətinə salıb.
Klub rəhbərliyi yaranmış vəziyyətlə bağlı yaydığı açıqlamada UEFA tərəfindən klub azarkeşləri üçün 17 500 yerin ayrıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB