Bu gün "Xəzər Lənkəran" futbol klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb. Klubun saytına istinadən xəbər verilir ki, məktubda "Xəzər Lənkəran" FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub.
Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və "Xəzər Lənkəran" FK-nun 6 xalının dərhal bərpa edilməsini barədə ölkə futbol federasiyasından tələb edib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu isə bu barədə quruma FİFA-dan heç bir məktubun daxil olmadığını bildirib:
"Xəzər Lənkəran" klubundan silinmiş altı xalın geri qaytarılması ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Mən bu xəbərin nə dərəcədə real olduğunu deyə bilmərəm. Gərək bizə məktub daxil olsun ki, bunun həqiqiliyinə inanaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB