“İnter” klubu “Neftçi” ilə oyun öncəsi məşqlərə başlayıb

“İnter” klubu “Neftçi” ilə oyun öncəsi məşqlərə başlayıb
Aprelin 11-dən etibarən "İnter" Unibank Premyer Liqanın 28-ci turu çərçivəsində "Neftçi" komandasına qarşı keçirəcəyi oyunun hazırlığına start verib. Siasport.az saytının məlumatına görə, komanda baş tutan məşq qaçış və fiziki hərəkətlərlə hazırlığa başlayıb. Futbolçular topla çalışdıqdan sonra ikitərəfli oyun keçirib.

Xatırladaq ki, "Neftçi" - "İnter" mübarizəsi aprelin 14-də saat 17.30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə