"Beşiktaş"ın keçmiş baş məşqçisi Xose Quardiolanı "topa tutdu"

"Beşiktaş"ın keçmiş baş məşqçisi Xose Quardiolanı "topa tutdu"
"Beşiktaş"ın keçmiş baş məşqçisi Bert Şuster, indi də "Barselona"nın baş məşqçisi Xose Quardiola barədə kəskin açıqlamalar verməklə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl "Real"dakı sələfi Joze Maurinyonu bacarıqsızlıqda ittiham edərək istefaya səsələyən alman mütəxəssis, indi də "Barselona" rəhbərliyini X.Quardiolanın "nazı ilə oynamaqda" ittiham edib:

"Qvardioala bu mövsüm bir neçə dəfə deyib ki, onların çempion olmaq şansları yoxdur. İndi "Real"la aralarında dörd xal fərq olsa da, o yenə də eyni fikrində qalır. Mənə maraqlıdır, nə üçün "Barselona"nı rəhbərliyi Qvardiolanı işdən çıxarmır. Axı, adətən, klub rəhbərləri belə açıqlamalardan sonra məşqçilərlə yolları ayırırlar" – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə