İspaniyanın məşhur "Marka" qəzetinin sorğusuna görə, ölkənin tarixi boyu ən yaxşı futbolçusu hazırda karyerasının qürub çağlarını Almaniyanın "Şalke 04" klubunda keçirən Raul Qonsalesdir.
Avropanın idman nəşrlərinə istinadən xəbər verilir ki, Madrid "Real"ının azarkeşləri üçün müqəddəs şəxs sayılan Raul sorğuda səslərin 47,5 faizini toplayıb. "Barselona"nın şərəfini qoruyan Çavi Hernandes respondentlərin 42 faizinin etimadını qazanıb. İlk üçlüyü isə "Barselona"nın digər ulduzu Andreas İniesta tamamlayıb.
Qeyd edək ki, Raul 17 illik karyerası ərzində 400-dən artıq qol vurub. O, avrokuboklarda vurulan qollar üzrə də liderdir (75). Məşhur 7 nömrə həmçinin "Real"da keçirilmiş oyunların sayına və vurulmuş qollara görə də öndədir - 741 oyuna 323 qol.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB