“Qalatasaray”dan növbəti qələbə

“Qalatasaray”dan növbəti qələbə

Türkiyə Superliqasının 32-ci turunda lider "Qalatasaray" "Orduspor"u qəbul edib. Məlumata görə, hər hissədə bir dəfə fərqlənən "cim-bom" aktivinə daha 3 xal yazdırıb.


Hesab 8-ci dəqiqədə açılıb. Necati Atəş mükəmməl zərbə ilə komandasını hesabda irəli çıxarıb. Erkən qolun vurulmasına baxmayaraq, "Qalatasaray" hücumlarının kəsərini azaltmayıb.


66-cı dəqiqədə Sabri ikinci topu qonaqların qapısından keçirib. Görüşdə başqa qol olmayınca meydan sahibləri qarşılaşmadan 2:0 qalib ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə