Yığmamız “Neftçi” ilə yoldaşlıq oyunu keçirib

Yığmamız “Neftçi” ilə yoldaşlıq oyunu keçirib

Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində AFFA Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Neftçi" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə Flaqmanın xeyrinə başa çatıb.

Məlumat üçün bildirək ki, yığmamızın qollarını Mənsur Nahavəndi və Aslanbəy Zaseyev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə