Arda Turan "Beşiktaş"a qarşı oynayacaq?

Arda Turan "Beşiktaş"a qarşı oynayacaq?
Bir neçə gündən sonra UEFA Avropa Liqasının 1/18 final mərhələsi çərçivəsində İstanbulun "Beşiktaş" futbol klubu ilə qarşılaşacaq "Atletiko Madrid" klubunda zədəli futbolçu Arda Turanın durumuna aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, neçə müddətdir ki, "Beşiktaş"la qarşılaşmada meydana çıxıb-çıxmayacağı müzakirə olunan türkiyəli futbolçu Arda Turanın da durumu üzücüdür. Belə ki, "Atletiko madrid"in rəsmi internet səhifəsində yayımlanan məlumata əsasən, hələ də zədəsini sağaltmayan keçmiş "Qalatasaray"lı A.Turan, Avropa Liqası çərçivəsində İspaniyada keçiriləcək ilk qarşılaşmada meydana çıxmayacaq. Həkimlər onun zədəsinin sağalması üçün aparılan müalicənin hələ bir müddət davam edəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə