Avropa Çempionatında hansı güləşçilərimiz iştirak edəcək?

Avropa Çempionatında hansı güləşçilərimiz iştirak edəcək?

Martın 6-dan 11-ə qədər Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa Çempionatı keçiriləcək. Güləş Federasiyasından siasport.az saytına verilən xəbərə görə, bu gün Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandalarının heyəti Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev tərəfindən elan olunub.

Qeyd edək ki, sərbəst güləş üzrə ölkəmizi aşağıdakı idmançılar təmsil edəcək:

Sərbəst güləşçilərimiz:

Qalib Əliyev (55 kq),

Toğrul Əsgərov (60 kq),

Cəbrayıl Həsənov (66 kq),

Aleksandr Qostiyev (74 kq),

İlya Xamikoyev (84 kq),

Novruz Temrezov (96 kq),

Cəmaləddin Məhəmmədov.

Qadın güləşçilərimizin heyəti:

Marziget Baqomedova (48 kq),

Patimat Baqomedova (51 kq),

Yuliya Ratkeviç (55 kq),

Sona Əhmədli (59 kq),

Olesya Zamula (63 kq),

Nadya Sementsova (67 kq),

Natalya Palamarçuk (72 kq) yer alıb.

Yunan-Roma güləşi üzrə komandamızı isə aşağıdakı idmançılar təmsil edəcək:

55 kq-da Elçin Əliyev,

60-da Kamran Məmmədov,

66 – Vitali Rəhimov,

74 – Elvin Mürsəliyev,

84 kq-da Saman Təhmasibi,

96 kq-da Şalva Qadabadze,

120-də Məsud Həşimzadə

Məlumat üçün bildirək ki, yığma komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə çempionatda güclərini sınayacaq. Yunan-Roma güləşi üzrə yığma komandamız isə məşqçilər Salih Bora, Şaban Donat, Mutalib Yerlikaya və Turac Hüseynovun rəhbərliyi altında səfər edəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə