Azərbaycan boksçuları fevralın 8-də Macarıstanın Debretsen şəhərində İştvan Bocskainin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcəklər.Siasport.az saytı verir ki, yarışda Azərbaycan yığmasının 5 üzvü - Samir Məmmədov (56 kq), Rahib Bəylərov (81 kq), Cavid Çələbiyev (52 kq), Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91kq) mübarizə aparacaqlar. Turnirdə ölkəmizi hakim qismində Rövşən Hüseynov təmsil edəcək. Yarışa fevralın 12-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB