“Coca Cola” çempionatı Qəbələ rayonunda yerləşən məktəblər arasında keçiriləcək

“Coca Cola” çempionatı Qəbələ rayonunda yerləşən məktəblər arasında keçiriləcək
"Qəbələ" futbol klubu Azərbaycan Futbol Federasiyaları Assosasiyası ilə birlikdə yeni layihəsini təqdim edir. Siasport.az saytının "Qəbələ"nin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, "Qəbələ" FK Futbolun Kütləviləşdirilməsi Departamenti ilə birlikdə AFFA-nın layihəsi olan "Coca Cola" çempionatı Qəbələ rayonunda yerləşən məktəblər arasında keçiriləcək. Məlumat üçün qeyd edək ki, çempionatda 7-ci sinifdə oxuyan oğlan və qızlardan ibarət komandalar iştirak edəcək. Departament rəhbəri Co Doyl çempionat haqqında fikirlərini belə izah edib: "Qəbələli oğlan və qızların "Qəbələ" Futbol Klubunun futbolçularının oynadığı yerdə futbol oynaması onlar üçün çox böyük təcrübə olacaq. Bu həmçinin məktəblilərin futbol bacarıqlarını nümayiş etdirmələri üçün böyük imkan yaradacaq. Bu yolla biz məktəblilər arasından istedadı olanları seçə biləcəyik və onları Azərbaycan futboluna qazandırmağa səy göstərəcəyik" Qeyd edək ki, çempionatın bütün oyunları "Qəbələ"nin Qəbələdə rayonunda yerləşən stadionunda keçiriləcək. Çempionatın final görüşü isə Premyer Liqa görüşündən əvvəl baş tutacaq. Onu da qeyd edək ki, çempionatın qalibi AFFA-nın təşkil edəcəyi respublika turnirində iştirak etmə hüququnu qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə