Futbol üzrə Türkiyə Superliqasının 22-ci turu çərçivəsində bir qədər əvvəl "Olimpiya" stadionunda "İstanbul Böyük Belediyyespor"la qarşılaşan İstanbulun "Fənərbaxça" futbol klubu, məğlubiyyət acısı yaşayıb. Siasport.az saytı xəbər verir ki, rəqib meydanında heç bir əzmkar mübarizə ilə yadda qalmayan "sarı lacivərtlilər", meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar. Onsuz da əzəli rəqibi olan lider "Qalatasaray"dan 2 xal geri qalan "Fənərbaxça", bir qədər sonra "Türk Telekom Arena"da "Ankaragücü" ilə qarşılaşacaq "cim bom"un qələbə qazanacağı təqdirdə, turnir cədvəlində liderdən 5 xal geri qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB