Dünya futbolunun iki canlı əfsanəsi yenə bir-birini sancmaqada davam edirlər. Siasport.az saytı xəbər verir ki, Maradona və Pelenin söz savaşı artıq arzuolunmaz şəkil almaqdadır. Argentinalı Maradonanı bu dəfə əsəbləşdirən əsas məqam, Pelenin bir müddət öncə "Barselona"nın ulduzu Lionel Messi haqda dedikləridir. Argentinalı futbol ulduzu o dərəcədə qəzəblidir ki, o Peleni oyuncaq uşağa belə bənzətməkdən çəkinməyib:
"Pelenin 71 yaşı var. Yəqin ona görə də nə gəldi danışır. O, son 20 ildə heç nə etməyib. Peleni heç supermarketdə də görməmişəm. Onu daha çox müxtəlif mükafatlandırma mərasimlərində FİFA prezidentinin yanında görürük. Pele uzaqdan idarə olunan oyuncaq uşağa bənzəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB