Karlos Tevez iki italyan nəhəngi arasında seçim edəcək!

Karlos Tevez iki italyan nəhəngi arasında seçim edəcək!
İngiltərə mətbuatında "Mançestr Siti"də forma geyən, lakin baş məşqçi Roberto Mançininin "qara siyahısına" düşdüyü üçün komandadan ayrılacağı gündəmdə olan Karlos Tevezə İtaliya nəhəngi "İnter"in ardınca daha bir italyan futbol klubu da "elçi" düşüb. Siasport.az saytının verdiyi xəbərə görə, "İnter"in əzəli rəqibi olan "Milan" futbol klubu, argentinalı futbolçu üçün 25 milyon avro ödəməyə hazır olduğunu menecerləri vasitəsi ilə ingilis klubuna çatdırıb. İndi ingilis klubundan ayrılmaq üçün fürsət axtaran argentinalı futbolçunun iki italyan klubundan hansını seçəcəyi dünya mediyasında əsas müzakirə obyektinə çevrilib.
Məlumat üçün bildirək ki, 27 yaşlı ulduz futbolçu baş məşqçi R.Mançini ilə olan polemikalar ucbatından son günlərdə komandada forma geymir. Cari mövsüm Çempionlar Liqası, Premyer Liqa və Liqa Kubokunda cəmi 5 oyunda meydana çıxan Tevez öz bacarığını göstərə bilmədiyini vurğulayıb. Qeyd edək ki, Futbolçunu "Milan"dan başqa "Paris Sen Jermen" klublarının da marağı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə