Kristof Daumun komandası məğlubiyyəti qələbəyə çevirdi!

Kristof Daumun komandası məğlubiyyəti qələbəyə çevirdi!

Dünən axşam UEFA Avropa Liqasının beşinci turunda olduqca maraqlı qarşılaşmalardan biri də H qrupunda oynanan "Brügge"-"Maribor" mübarizəsi olub. Siasport.az saytı xəbər verir ki, Belçika təmsilçisi Slovakiya komandası qarşısında 0:3 hesabı ilə geri düşməsinə baxmayaraq, ikinci hissədə vurulan 4 qolun sayəsində qarşılaşmadan 4:3 hesablı qələbə ilə ayrılıb. "Brügge"nin bu əzmkar qələbəsi isə, komandaya yeni baş məşqçi təyin olunan Kristof Daumun əməyi sayəsində mümkün olub. Cəmi bir neçə il bundan əvvəl İstanbulun "Fənərbaxça" futbol klubunun sükanı arxasında olan alman futbol mütəxəssisi, bie müddət işsiz qalsa da, sonradan Belçika təmsilçisinin təklifini qəbul edərək "Brügge"nin sükanı arxasına keçib. Onun komandasının bu əzmkar qələbəsi Belçika və Almaniya mətbuatında böyük rezonans yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə