2007-2008-ci il futbol mövsümündə İstanbulun "Beşiktaş" futbol klubunda forma geyinən, amma sonradan "gözlərində problem var" adı ilə komandadan uzaqlaşdırılan Xorvatiya millisinin üzvü Gordon Schildenfeld, Zaqrebdə türkiyəli jurnalistlərlə söhbətində bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Avro-2012 çərçivəsində İstanbulda keçirilən ilk pleyy-off qarşılaşmasında yüksək oyun nümayiş etdirərək, komandasının 3:0 hesablı qələbəsində böyük pay sahibi olan keçmiş "Beşiktaş"lı futbolçu, İstanbuldakı qarşılaşmada onu komandadan uzaqlaşdıran "Beşiktaş" rəhbərliyini utandırdırdığını, o zaman ona göstərilən qeyri-insani davranışdan bərk sarsıldığını dilə gətirib. Xorvat futbolçu, bu gün Zaqrebdə Türkiyə millisini məğlub edəcəklərini də bildirməyi unutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB