Şəhriyar Məmmədyarov “Korsika Masters- 2011” turnirinin finalında dünya çempionu ilə qarşılaşacaq

Şəhriyar Məmmədyarov “Korsika Masters- 2011” turnirinin finalında dünya çempionu ilə qarşılaşacaq

"Korsika Masters -2011" beynəlxalq şahmat turnirinin yarımfinallarında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi İvan Çeparinov üzərində qələbə qazanıb, dünya çempionu hindistanlı Vişvanatan Anand isə həmyerlisi Krişnan Saşikaranı məğlub edib.

Anand – Məmmədyarov final qarşılaşması oktyabrın 31-də Ayaççoda (Korsika adası) baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə