Roberto Mançini: \"O dünyanın 5 ən yaxşı futbolçusundan biridir!\"
\"Mançester Yunayted\"lə \"Old Trafford\"da keçirilən derbidə 2 qola imza ataraq komandasının \"qırmızı şeytanlar\" üzərindəki böyük hesablı qələbə qazanmasında rol oynayan Mario Balotelli, baş məşqçi Roberto Mançini üçün bir nömrəli qəhrəmana çevrilib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən italyan futbol mütəxəssisi bildirib ki, o M. Balotellini dünyanın 5 ən yaxşı futbolçusundan biri kimi görür. Futbolçu olaraq tez-tez xoşagəlməz hərəkətləri ilə yadda qalan M. Balotellinin, tezliklə öz nizam-intizamında ciddi dəyişiklər edəcəyinə əmin olduğunu deyən R.Mançini bildirib ki, bir neçə ildən sonra o bu cavanlıq şıltaqlığına da son qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB