Aleks Fergusyon komandasının yenidən İngiltərə çempionu olacağına inanmır!
İngiltərənin "Mançester Yunayted" futbol klubunun dünən öz meydanında "Mançester Siti" futbol klubuna rüsvayçı hesabla məğlub olması, "qırmızı şeytanlar"ın düşərgəsində gərginliyi pik nöqtəyə çatdırıb. Siasport.az saytı xəbər verir ki, "Mançester Yunayted"in şotlandiyalı baş məqşçisi Aleks Fergusyon, qarşılaşmadan sonra futbolçularını ciddi şəkildə tənqid edərək, onları meydanda komanda oyunu oynamamaqda, ötürmələrdə ciddi səhvlər edərək komandanın hücum xəttini bərbad hala salmaqda ittiham edib. İngiltərədə nəşr olunan The Sun" qəzeti yazır ki, "Mançester Siti" ilə keçirilən qarşılaşmada xüsusi ilə Uenn Runini özünə bənzəməməkdə, meydanda təcrübəsinə yaraşmayan şəkildə futbol sərgiləməkdə suçlayan baş məşqçi, belə gedişlə yenidən İngiltərə çempionu olmalarının olduqca inanılmaz və reallıqdan uzaq arzu olduqunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB